SON XƏBƏRLƏR

Bu gün, 25 oktyabr tarixində Vətən müharibəsi şəhidin Samiq Rizvan oğlu Rəhmanovun ildönümüdür. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

İldönümü ilə bağlı Səncərədi kəndinin ziyalıları, şəhidimizin qohumları, dostları və ailə üzvləri məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidimiz 3 yanvar 1990-cı ildə Astara rayonunun Səncərədi kəndində anadan olub. Azərbaycan Ordusunun baş çavuşu olan Samiq Rəhmanov 25 oktyabr Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.