SON XƏBƏRLƏR

Astara rayonunda beş kəndi birləşdirən yol yararsız haldadır. Bu haqda məlumatı Xezer xeber-ə müraciət edən rayon sakini Balazər Rəhmanov bildirib.

Belə ki, beş kəndi birləşdirən və uzun illər əvvəl salınan yola heç vaxt asfalt döşənməyib. Onların yaşadığı kəndin yolundan yalnız günəşli havada keçmək mümkündür. Sakinləri daha çox narahat edən isə onların övladlarının hər səhər təhsil dalınca bu palçıqlı meşə yolu ilə 4 kilometr yürüyərək məktəbə getmələridir. Qış aylarında gediş-gəliş daha da çətinləşir. Ərzaqla təminat və tibbi yardım məsələsi bu ərazidə yaşayan insanlara baha başa gəlir. Sakinlər deyir ki, yaxınlıqdakı Züngüləş kəndinə qədər yeni asfalt yol çəkilsə də, onların yaşadığı ərazinin yolu elə olduğu kimi qalıb.

Məsələ ilə bağlı Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağamalı Əliyev bildirib ki, əslində sakinlərin adını çəkdiyi kəndlər uzun illər əvvəl ləğv edilib və hazırda ora Hirkan Milli Parkının ərazisidir. “Züngüləş məktəbindən İsabicarıya hardasa 5-6 km yol var. Bəndəsər hissəsinə kimi asfalt yol çəkilib. Ondan sonra Dilmədi, Qodun, Siyov kəndləridir. Hər kənddə 2-3 ailə yaşayır. Onların yaşadıqları evlərin və torpaq sahələrinin heç bir rəsmi sənədi yoxdur”.

Kənd icra nümayəndəsi onu da bildirib ki, Hirkan Milli Parkı sözügedən ərazinin boşaldılmasını sakinlərdən tələb edir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər