SON XƏBƏRLƏR

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə Ərçivan qəsəbəsinin körpələr evi-uşaq bağçasında “Nağıl saatı” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova körpələrə “Sehrli xalat”, ”Meyvələrin söhbəti”, ”Turp” və bir neçə nağıllar danışıb. Burada nağılı diqqətlə dinləyən və danışan uşaqlara “Sehrli dünya” jurnalı hədiyyə edilib.