Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda “Hovo” markalı yük nəqliyyat vasitəsində narkotik aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Report.az-a istinadən verir.
Belə ki, yük avtomobilinin kabinəsində olan idman çantasında 3 ədəd bükümdə, ümumi çəkisi 1,8 qram olan psixotrop maddə metamfetamin, həmçinin kabinənin tavan hissəsində əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə 120 ml-lik plastik qabda, ümumi həcmi 80 ml təşkil edən narkotik vasitə metadon aşkar edilib.
Sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı isə 1 ədəd bükümdə, ümumi çəkisi 0,4 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.