SON XƏBƏRLƏR

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasında Astara rayonu üzrə yeni koordinator təyin olunub. Bu haqda bu gün, 12 fevral tarixində Cenublu.az xəbər verir.

M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin müəllimi Babək Rzazadə AGMA-nın Astara rayonu üzrə yeni koordinatoru seçilib. İctimai-siyasi fəaliyyətində fərqlənən və gənclər siyasətinin həyata keçirilməsində iştirak edən Babək Rzazadə təhsil ocağında İngilis dili fənni üzrə müəllimdir.