SON XƏBƏRLƏR

Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Astara Çay” fabrikində təlim keçirib. Bu haqda bu gün, 25 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.

Maarifləndirmə tədbirində yanğın təhlükəsizliyinə aid olan tələblər və tələblərin təmin olunması haqda danışılıb. Həmçinin fabrik əməkdaşlarına yanğın zamanı zəruri davranışlar haqda məlumat verilərək FHN-nin “112” qaynar telefon xəttinin təyinatı ilə bağlı məlumat verilib.

Təlim zamanı FHN əməkdaşları fabrik işçilərinə ərazini təmiz saxlamağı məsləhət görüblər. Yanğın zamanı normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi diqqətə çatdırılıb

Tədbirin sonunda təlimçilər iştirakçıların suallarını cavabladıraraq, müzakirələr aparıblar.