Astarada kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arputa kənd sakini Y.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 26 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.