Astara rayon sakinindən qanunsuz saxladığı ov tüfəngi aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Artupa kənd sakini E.Manafovdan qanunsuz saxladığı “Tolka” markalı ov tüfəngi götürülüb.