SON XƏBƏRLƏR

Astarada arıçılar xeyli bal süzsələr də, satışla bağlı problem yaşayırlar. Bu haqda məlumatı 8 sentyabr Apa tv paylaşıb.

Belə ki, arıçıların sözlərinə görə, keçən il süzdükləri balın yarısını sata bilməyiblər.

“Bu il 1 tona yaxın bal götürmüşük, amma təxminən 40-45 arı ailəsi qalıb. Demək olar ki, balı süzməyə həvəsimiz də qalmayıb. Onlayn qaydada satırıq. Müştərilər 2 kq, 3 kq, 5 kq istəyirlər, göndəririk. Bu isə bizim işimizi görmür. Keçən il təxminən 1 ton – 1 ton 200 kq əldə etdiyimiz balın təqribi 800 – 850 kq-ı əlimizdə qalıb” – arıçı Fərid Salayev deyir.

Həmçinin, arıçılar deyir ki, pandemiya ilə əlaqədar artıq 2 ildir ki, məhsullarını satmaq üçün yarmarkalar təşkil olunmur.

Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov bildirib ki, arıçıların keçən ilki məhsulları xarlanmış vəziyyətdə onların anbarlarında durur: “Bu ilki məhsulun da demək olar ki, 30%-i satılıb, qalanı isə elə də durur. Dövlətimizdən xahiş edirik ki, arıçılar üçün sərgi-satış yarmarkası təşkil etsin”.

Qeyd edək ki, rayonda 1200 nəfərdən çox arıçı, 30 000-ə yaxın arı ailəsi var. İl ərzində iki dəfə – iyun və sentyabr aylarının əvvəllərində bal süzümü olur. Balın 1 kiloqramı 20-25 manata satılır.

 

Zirvə Astara
Sport

“Zirvə Astara” böyük hesabla qələbə qazanıb

Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb.