SON XƏBƏRLƏR

Astara rayon sakini T.Əliyev aktiv koronavirus xəstəsi olmasına baxmayaraq yaşayış yerini tərk edib. Bu haqda məlumatı Azertac verib.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə T.Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.