SON XƏBƏRLƏR

Astarada Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Tədbir görkəmli şairimizin 130 illik yubileyi münasibətilə şəhər 1 saylı tam orta məktəbdə təşkil olunub.

Dəyirmi masa ətrafında toplaşan məktəbin pedaqoji işçiləri Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən videoçarxlar izləyiblər. Məktəbin ədəbiyyat müəllimləri ədibin keşməkeşli həyat yolundan və yaradıcılığında “azərbaycançılıq” ideyalarından ətraflı danışıblar.