SON XƏBƏRLƏR

Astarada şagirdlər “Xalça sənətinin incəlikləri” ilə tanış olublar. Bu haqda bu gün, 15 dekabr tarixində Astara Rayon Təhsil Şöbəsinin rəsmi saytında paylaşılıb.

Xalça sənətinin qorunması və inkişaf etdirilməsi məqsədi ilə keçirilən dərslər Rüdəkənar kənd ümumi orta məktəbin müəllim və şagirdləri tərəfindən icra olunub. Təlim Astara Rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Texnologiya müəllimi Rizvanzadə Şənanə eksponatlar haqqında məlumat verdikdən sonra şagirdləri mərkəzdəki qədim xalça növləri və xalça dəzgahı ilə tanış edib.

Məktəbin dil-ədəbiyyat müəllimi Dadaşova Pərvin xalça, onun qədim tarixi və xarici muzeylərdə saxlanılan eksponatlar haqqında şagirdlərə məlumat verib.

Astara Rayon Təhsil Şöbəsi
Astara Rayon Təhsil Şöbəsi