SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzində “Ədalətli və davamlı sülh insan hüquqlarının müdafiəsinə xidmət edir” mövzusunda dəyirmi masa keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 sentyabr tarixində verir.

Tədbir zamanı Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova mövzu ilə bağlı çıxış ediblər.

Daha sonra müstəqil Azərbaycan dövlətinin sülh siyasəti, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatı və ordumuzun layiqli cavab verməsi ilə bağlı çıxışlar olunub.

Qeyd edək ki, tədbir Ombudsmanın Cənub Regional Mərkəzi, Astara rayon Heydər Əliyev Mərkəzi və Astara rayon Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə baş tutub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər