SON XƏBƏRLƏR

Astara rayon Mədəniyyət Mərkəzində klub müəssisələri işçilərinin aylıq seminar müşavirəsi və Əbdüləzim Nəcəfovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Müşavirədə dövr ərzində görülmüş işlər müzakirə olunub, may ayı ərzində keçiriləcək tədbirlər barədə tövsiyə və tapşırıqlar verilib.

Həmçinin, seminar çərçivəsində uzun müddət mədəniyyət sahəsində çalışmış, “Şindan” aşıqlar ansamblının üzvü, ustad sənətkar Əbdüləzim Nəcəfovun anadan olmasının 70 illiyi münasibətilə tədbir baş tutub.

Çıxışlar zamanı Ə.Nəcəfovun sənət yolundan və qazandığı nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, o, ömrünün 50 ilindən çoxunu zurna və balaban sənətinin təbliğinə sərf edib.

Tədbirin sonunda “Şindan” aşıqlar ansablının müşayiəti ilə musiqi nömrələri səsləndirilib.