Astarada intihar etmiş sakinin cansız bədəni tapılıb. Bu haqda məlumat bu gün, 3 dekabr tarixində Report.az-da paylaşılıb.
Kakalos kənd sakininin cəsəti həyətindəki istixanada tapılıb. 68 yaşlı İsrafil Abbasov özünü asaraq intihar edib.
Verilən məlumata əsasən, meyiti ailə üzvləri səhər saatlarında tapıblar. Kənd sakinləri qeyd edir ki, intihara səbəb son zamanlarda İsrafil Abbasovun səhətində yaranan problem ola bilər.
Hadisə yerinə polis və prokurorluğun əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.