SON XƏBƏRLƏR

Astara Rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar Azərbaycan xalqının unudulmaz tarixidir” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Azertac verib.

Tədbirdə Astara rayonunun Təngərüd kənd tam orta və Qapıçıməhəllə kənd ümumi orta məktəblərinin şagird və müəllimləri iştirak ediblər.

Çıxışlardan sonra “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” sənədli filmi nümayiş edilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.