SON XƏBƏRLƏR

Ermənistanda əsir saxlanılan lənkəranlı hərbçi Hüseyn Axundov anasına məktub yazıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 aprel tarixində verir.

Əsir hərbçimiz Hüseynin İrəvandan anasına göndərdiyi məktubda bunlar yazılıb:

“Salam, anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə. Nə olar”.

Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüblər.