Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Xırmandalı ərazisində səyyar qəbul təşkil edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
Qəbul zamanı icra başçısı Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevdən ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Daha sonra vətəndaşların onları narahat edən məsələlərlə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərdən bir neçəsi yerində həll olunub. Digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.