Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Görüşdə İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Qəbulda müxtəlif ərazilərdən ümumilikdə 25 nəfərə yaxın vətəndaşın müraciət və təklifləri dinlənilib.
Sonda qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.