Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov növbəti vətəndaş qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Görüş Banbaşı ərazisində baş tutub. İlk öncə Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Daha sonra vətəndaşların narahat edən məsələlərlə bağlı müraciətlər dinlənilib, qaldırılan məsələlərdən bir neçəsi yerindəcə həll olunub. Digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.