Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni kadr dəyişiklikləri ilə bağlı bir neçə sərəncam imzalayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində verir.
Belə ki, müvafiq Sərəncamla Əmrah Kamal oğlu Mazanov Masallı Rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Ağadadaş Qənbər oğlu Qənbərov Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Sinan Şöləddin oğlu Abbaslı Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Paşa Ramiz oğlu İbadov İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrinə təyin olunublar.
Digər Sərəncamla Vəli Əliheydər oğlu Muxtarov Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsinə, Nahid Valeh oğlu Həsənov aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə, Əlimərdan Rəcəb oğlu Abdullayev aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsindən azad edilərək İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunublar.
Rayon İcra Hakimiyyəti başçısının digər Sərəncam ilə Zahid Ayaz oğlu Sadıxov Masallı Rayon İcra Hakimiyyəti başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyinat alıb.