SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı beynəlxalq yarışlarda uğur əldə etmiş idmançılarla görüşüb. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Araz Əhmədov güləşçi Elgiz Məmmədov və şahmatçı Nərmin Abdinovanı qəbul edib. İcra başçısı idmançıları qazandıqları qələbələr münasibətilə təbrik edib. Elgizin, Nərminin timsalında son zamanlar Masallı idmançılarının qazandığı uğurların, qələbələrin qürurverici olduğunu vurğulayıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançılar haqqında məlumat verib. Bildirilib ki, 2022-ci ilin oktyabr ayında Bolqarıstanın Plovdiv şəhərində keçirilən veteranlar arasında yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycanı təmsil edən 35 yaşlı pəhləvanımız Elgiz Məmmədov 88 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş medalçısı olub. Noyabr ayında isə Rusiya Federasiyasının Çelyabinsk şəhərində veteran güləşçilər arasında keçirilən yunan-Roma güləşi üzrə Rusiya çempionatının qızıl medalına sahiblənib.

“Azərbaycan – 1” yığması tərkibində FİDE-16 Ümumdünya Şahmat Olimpiadasının (komanda üçüncü yer, dördüncü stolda qızıl medal) qızıl medalçısı Nərmin Yusif qızı Abdinova Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Nərmin bu vaxtacan bir sıra idman uğurlarına nail olub. Müxtəlif vaxtlarda Bakı şəhər (2018, 2019) və Azərbaycan (2018, 2019, 2021, 2022) birinciliklərinin qalibi, 14 yaşadək qızlar arasında Avropa çempionatının (2021) birincisi, dünya çempionatının (2022) beşincisi, bu il Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində MDB ölkələri arasında dünya çempionu Mixail Botvinnik kuboku uğrunda keçirilən şahmat yarışında Azərbaycan yığması tərkibində gümüş medal mükafatçısı olub.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü