SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Təzə Alvadı və Köhnə Alvadı kənd ərazilərində sakinlərlə görüşüb. Bu haqda bu gün, 17 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.

Görüşdə icra başçısı Araz Əhmədov, dövlət qurumlarının nümayəndələri, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak ediblər. Sakinlər rayona yeni təyin olunmuş icra başçısına təklif və iradlarını bildiriblər.

Araz Əhmədov sakinlərin səsləndirdiyi məsələlərin bəzilərini yerindəcə həll edib, digər məsələlərin həlli üçün isə müvafiq tapşırıq verib.