Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Sığdaş ərazisində vətəndaşlarla səyyar görüş-qəbul keçirib. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Görüşdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak ediblər. Tədbir başlamazdan öncə iştirakçılar şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Araz Əhmədov qəbula gələn sakinlərin qayğıları ilə maraqlanaraq, onların arzu və təkliflərini dinləyib. Mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, içməli su məsələsi, taxıl əkini və payıbəlli torpaqlarla bağlı, Ninəlov mərkəzi yolunun asfaltlanmasına kömək göstərilməsi və digər məsələlərin həlli üçün qeydiyyat aparıb.
İcra başçısının tapşırığı ilə səsləndirilən 4 məsələ yerindəcə həll olunub.