SON XƏBƏRLƏR

Masallı icra başçısı şəhidin məzarını ziyarət edib. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az “Masallı Xəbərləri”nə istinadən xəbər verir.

İcra başçısı Araz Əhmədov l Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Köhnə Alvadı kəndindən olan şəhid Həsənov Zöhrab Məmmədxan oğlunun dəfn olunduğu məzarlıqda olub.

Köhnə Alvadı kənd ərazi nümayəndəsinin təşəbbüsü və kənd xeyriyyəçilərinin maliyyə dəstəyi ilə şəhid Zöhrab Həsənovun məzarüstü daşı yenilənmiş, ətrafı isə abadlaşdırılaraq dekorativ ağaclar əkilmişdir.