SON XƏBƏRLƏR

Masallı rayonunun Tatyanoba kəndində 44 günlük Vətən müharibəsinin şəhidi, çavuş Rəşid Güləhməd oğlu Lətifovun anım mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində “Masallı Xəbərləri”nə istinadən verir.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatın kollektivi, hüquq-mühafizə orqanlarının, SHXÇDX rayon şöbəsinin rəhbərləri, YAP Masallı RT sədri Seyfəddin Əliyev, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.

Şəhid Rəşid Güləhməd oğlu Lətifovun ailəsini ziyarət edən Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanıb və hər zaman onların yanında olduqlarını bildiriblər.

Sonda icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə verilmiş Rəşid Güləhməd oğlu Lətifovun 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini (ölümündən sonra) və vəsiqəsini atası Güləhmədə təqdim edib.