Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Qodman ərazisində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.
İlk öncə Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.