SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Ninəlov kəndində sakinlərlə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində verir.

İcra başçısı Araz Əhmədov qəbula gələnləri salamlayaraq, sözü Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynova verib və o, rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verib.

Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və vətəndaşların müraciətinə həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

Araz Əhmədov
Masallı RİH