SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində verir.

Qəbulda Masallı şəhərindən, Boradigah qəsəbəsindən, Şərəfə, Xallıcalı, Eminli, Qədirli, Kolatan, Miyənkü, Yeddioymaq, Binə Xocavar, Şıxlar, Təzə Alvadı, Böyük Xocavar, Türkoba, Təkdam, Sığdaş, Yeyənkənd, Xırmandalı, Bədəlan, Viləş, Sığıncaq və digər kəndlərdən 35 nəfər vətəndaş müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Məsələlərdən 12-si dərhal yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahatlar verilib.