Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Banbaşı kəndi ərazisində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.
İlk növbədə Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov Banbaşı ərazisində rayon rəhbərinin sakinlərlə ötən görüşü zamanı edilən müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.
Qəbulda qaldırılan məsələlərdən bir neçəsi yerindəcə həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib.