SON XƏBƏRLƏR

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Bədəlan kəndində görülən təmir işləri ilə tanış olub. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az Masallı Xəbərlərinə istinadən xəbər verir.

Araz Əhmədov Bədəlan kənd camaatı ilə görüşüb. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri,​​ YAP Masallı RT sədri Seyfəddin Əliyev, kənd​ sakinləri, ağsaqqallar, xeyriyyəçilər, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.

Bədəlan kənd ərazi nümayəndəsi Mətanət Paşayeva burada görülən işlər haqqında Masallı RİH başçısı Araz Əhmədova məlumat verib.

Kənd sakinləri və xeyriyyəçilərlə görüşən icra başçısı onlara, bu xeyirxah işdə əməyi olan hər bir kəsə, həmçinin Rusiya Federasiyasında çalışan hər bir bədəlanlıya təşəkkür edib.

Sonra Masallı rayon rəhbəri iş gedən ərazini gəzib, inşaatçılarla söhbət edib. Altı otaqdan ibarət olacaq yeni səhiyyə müəssisəsində doğum, uşaq müalicə şöbələri, laboratoriya,peyvəndetmə kabinəsi və s. fəaliyyət göstərəcək. Yeni tibb ocağı ən müasir tibbi avadanlıqla təchiz olunacaq.

Sosial obyektin tikintisini aparan inşaatçılar bildiriblər ki, obyektin tikintisinə cəmi bir neçə aydır ki, başlanıb.