SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi keçirdiyi növbəti monitorinq zamanı Masallıda yerləşən ticarət obyektində nöqsanlar aşkarlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, H.Əliyev prospektində yerləşən Elgün Sərraf oğlu Zeynalova məxsus mağaza obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etməsinə görə cərimələnib.