SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Masallıda fəaliyyət göstərən mağazanı cərimələyib. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Şəhərin 20 Yanvar küçəsində yerləşən “Ağa” marketdə sanitar norma və qaydaların pozulması faktı aşkarlanıb. Ağalarzadə Əsgər Adil oğluna aid olan obyekt barəsində inzibati protokol tərtib olunub.