SON XƏBƏRLƏR

Masallıda yerləşən bir sıra ticarət obyektləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Şəhərin 20 yanvar küçəsində yerləşən “Halal Ucuz”, “Ucuz” və “Əziz” marketləri qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdikləri üçün sahibləri barəsində inzibati protokol tərtib olunub.