Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masallıda fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı məntəqələrin birində nöqsan aşkar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 fevral tarixində verir.
Belə ki, rayonun Şərəfə kəndində yerləşən və Nəbiyev Rəşad İmamqulu oğluna məxsus məntəqədə nöqsan aşkarlandığından sahibi barəsində inzibati protokol tərtib edilib.