Masallıda qanunsuz heyvan kəsimi ilə məşğul olan obyektlər aşkar edilib. Bu haqda bu gün, 13 yanvar tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyi aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 4 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbirlər görüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan məntəqələr aşağıdakılardır:
- H.Əliyev prospektində yerləşən İbadov Elnur Xanhüseyn oğluna məxsus obyekt;
- 20 Yanvar küçəsində yerləşən Kişiyev Sübhi Firudin oğluna məxsus obyekt;
- 20 Yanvar küçəsində yerləşən İbayev Azad Əliş oğluna məxsus obyekt;
- Şərəfə kəndində yerləşən Məmmədov Məmməd Şəmsəddin oğluna məxsus obyekt.