Cəlilabad və Masallı rayonlarında fəaliyyət göstərən mağazalar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cərimələnib. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Agentlik əməkdaşları tərəfindən obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi halları müşahidə edilmiş obyektlər:
- “Real” marketi, Cəlilabad rayonu, Göytəpə şəhəri;
- “Asiman” marketi, Cəlilabad rayonu, Göytəpə şəhəri;
- “Qədirxum” marketi, Masallı rayonu, Musaküçə kəndi.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.