Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəranda yerləşən ticarət obyektlərini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Mirmustafaxan küçəsi, 20a-da yerləşən “ZZ” şərab evi, Qala Xiyabanı prospektində yerləşən Novruzov Cavid Şəmsədin oğluna məxsus market, Şiləvar kəndində yerləşən “Mamausta” marketi, Bakı-Astara şosesində yerləşən “Cavid” marketi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi səbəbindən cərimələnib.