SON XƏBƏRLƏR

Qida Təhlükəsiziyi Agentliyinin keçirdiyi növbəti monitorinq zamanı Lənkəran rayonunda yerləşən ticarət obyektləri və ictimai iaşə müəssisələri cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, Ləvəngi dairəsində yerləşən “Elcan” market, Bakı-Astara şosesində yerləşən “Lənkəran” çay evi, Ş.Xiyabani prospekti, 178-də yerləşən “Sultan Saray” restoranı və Sütəmurdov kəndində yerləşən “Dörd fəsil” restoranı obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdikləri üçün cərimələniblər.