SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunda yerləşən marketdə nöqsanlar aşkar ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.

Belə ki, Cil kəndində fəaliyyət göstərən, Kamal Xamiyeva məxsus “Cil” marketində plandankənar yoxlama aparılıb. Nəticədə marketdə 60 adda ümumi çəkisi 74 kq müxtəlif əmtəə nişanlı şirniyyat, ədviyyat, süd məhsulunun və 30 litr alkoqolsuz içkinin istifadə müddətinin bitdiyi müəyyən edilib, həmçinin etiket məlumatlarında uyğunsuzluq olan ümumi çəkisi 60 litr duru yağ və istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb.

Adıçəkilən nöqsanların aradan qaldırılması məqsədilə sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və məhv edilməsi barədə qərar qəbul olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Cil marketi
Foto AQTA