SON XƏBƏRLƏR

Lənkəranda yerləşən iki ictimai iaşə obyekti cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən verir.

Belə ki, Sütəmurdov kəndində yerləşən “Məkan” kafesi və H.Əliyev küçəsində yerləşən “Qardaşlar” kafesi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdikləri üçün cərimələniblər.