SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi növbəti monitorinq zamanı Lənkəranda daha bir ticarət obyektində nöqsanlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

Belə ki, rayonun Cil kəndində yerləşən “Cil” market obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyinə görə sahibi barəsində inzibati protokol tərtib olunub.