Qida Təhlükəsizliyinin yoxlamaları nəticəsində Lənkərandakı obyektlərdə nöqsanlar aşkar edilib. Bu haqda bu gün, 17 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
- Cəfərov Ənvər Rahim oğluna məxsus mağaza – Lənkəran şəhəri, Ş.Axundov küçəsi;
- “Məhəllə” market – Lənkəran şəhəri, H.Əliyev prospekti;
- “Vətən” market – Lənkəran şəhəri, Sütəmurdov kəndi;
- “Xəzər” market – Lənkəran şəhəri, Sütəmurdov kəndi;
- Xəlilov Nicat Cavid oğluna məxsus mağaza – Lənkəran şəhəri, Ş.Axundov küçəsi.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.