SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda reydlər keçirib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Aşağıda adları çəkilən mağazalarda obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkarlanıb:

  • “İbo” market – Kərgəlan kəndi
  • “Xəzərim Aeroport” market – Lənkəran şəhəri, Füzuli küçəsi
  • İsmayılov Nail Höccət oğluna məxsus market – Kərgəlan kəndi

Darquba kəndində yerləşən “Likoro” marketdə isə yalnız baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkar edilib

Qanun pozuntusunun aşkar edildiyi obyektlərlə bağlı qanuna müvafiq tədbirlər görülüb.