SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi növbəti monitorinq zamanı Lənkəran və Cəlilabadda yerləşən bir sıra ticarət mərkəzləri və ictimai iaşə obyektləri cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.

Belə ki:

  • Cəlilabad şəhəri, H.Əliyev prospekti, Məmmədova Xəyalə Aslan qızına məxsus şirniyyat mağazası;
  • Lənkəran şəhəri, Z.Əliyeva küçəsi, Əskərova Qızılgül Ağamirzə qızına məxsus “Gül Nənənin Təndiri”;
  • Lənkəran rayonu, Digah kəndi, Talışov Əşrəf Sulduz oğluna məxsus  “Gülsüm Nənənin Təndiri”;
  • Lənkəran şəhəri, Qala Xiyabanı küçəsi, “Torart” MMC-yə məxsus  “Tor” kafesi

sanitar norma və qaydaların pozulmasına görə;

  • Cəlilabad rayonu, Əliqasımlı kəndi, Şirəliyev Malik Musaxan oğluna məxsus mağaza sanitar norma və qaydaların pozulması və saxlanma müddəti bitmiş məhsulların satışını həyata keçirdiyinə görə;
  • Cəlilabad rayonu, Uzuntəpə yolu döngə 14, Həsənov Münasib Əlizadə oğluna məxsus “Furqan” market mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsinə görə;
  • Lənkəran şəhəri, H.Abdullayev küçəsi, Kərimli Ümid Vüqar oğluna məxsus “REFEM” market etiketlənməyə dair tələblərin pozulmasına görə cərimələniblər.

Qeyd edək ki, nöqsan aşkarlanmış hər bir ticarət obyektinin sahibi barəsində inzibati protokol tərtib olunub.