SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir sıra ticarət obyektlərini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, Lənkəran rayonunun Kərgəlan kəndindəki Ramazanov Əminağa Filon oğluna məxsus ət dükanında və  Cəlilabad rayonunun Maşlıq kəndindəki  Həsənov Nizaməddin Xudaşükür oğluna məxsus ərzaq mağazasında sanitar norma və qaydaların pozulması halı aşkarlanıb.

Həmçinin Masallı şəhəri, H.Əliyev pr., ev, 44a ünvanında yerləşən Zeynalov Elgün Sərraf oğluna məxsus mağazada sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı halları aşkarlanıb.

Hər üç ticarət obyektinin sahibləri barəsində inzibati protokol tərtib olunub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon