Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabadda yerləşən marketlərdən birini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 yanvar tarixində verir.
Belə ki, Cavadxan küçəsinə yerləşən “Naringi” marketi qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün cərimələnib.