SON XƏBƏRLƏR

Qida Təhlükəsizliyi Agentliyi Cəlilabadda yerləşən bir sıra ticarət obyektlərini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində quruma istinadən verir.

Belə ki, rayonun Şabanlı kəndində Fətiyev Ənvər Mirzəağa oğluna məxsus heyvandarlıq təsərrüfatında sanitar norma və qaydaların pozulması, Ocaqlı kəndində Məmmədov Namiq Azay oğluna məxsus “Real” ərzaq mağazasına agentliyin vəzifəli şəxsinin yoxlama yerinə buraxılmaması və H.Əliyev prospekti, 174 ünavnında yerləşən Cəfərov Polad Tomarxan oğluna məxsus “Xəzər” marketdə mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi səbəbindən cərimələniblər.

Nöqsan aşkarlanan hər bir ticarət obyektinin sahibi barəsində inzibati protokol tərtib olunub.