Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabadda yerləşən fərdi sahibkara aid ticarət obyektini cərimələyiblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Belə ki, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulunu həyata keçirdiyi üçün Məmmədov Pərviz Abdulrəhman oğluna məxsus Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən mağaza cərimələnib.