SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Cəlilabadda yerləşən kafeni cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 dekabr tarixində verir.

Belə ki, Cəlilabad şəhərinin Qurtuluş prospektində yerləşən “Qızıl Alma” kafesi baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların satışını həyata keçirdiyi üçün cərimələnib.